Şoyqu Pekinə işgüzar səfərlə gəlib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pekinə işgüzar səfərə gəlib və bu səfər zamanı 10-cu Pekin Syanşan Forumunda iştirak edəcək.

RİA Novosti Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Rusiya Hərbi Departamentinin rəhbəri plenar iclasda “Böyük dövlətlərin məsuliyyəti və qlobal təhlükəsizlik sahəsində əməkdaşlıq” mövzusunda məruzə ilə çıxış edəcək”, – deyə hərbi idarənin açıqlamasında bildirilir.

Mətndə qeyd olunur ki, forumda Asiya-Sakit Okean regionu ölkələrindən və bir sıra Avropa ölkələrindən yüksək səviyyəli rəhbərlik nümayəndələri, müdafiə idarələrinin rəhbərləri və aparıcı ekspertlər iştirak edəcəklər.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər