Şoyqu Zakir Həsənovla Qarabağdakı vəziyyəti müzakirə edibbackend

Rusiya müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovla telefonla danışıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirlər Qarabağdakı son vəziyyəti müzakirə ediblər.

“Müdafiə qurumlarının rəhbərləri Qarabağda vəziyyətin sabitləşdirilməsi və Qafqazda təhlükəsizliyin dəstəklənməsi yollarını müzakirə ediblər. Tərəflər həmçinin humanitar şəraitdə sülhməramlı əməliyyatın gedişatı barədə fikir mübadiləsi aparıblar”, – məlumatda deyilir.