Şri-Lankadan olan aktyor vəhşi fillə qəzaya düşərək ölübbackend

Şri-Lankalı aktyor Cekson Entoni Kolombo Milli Xəstəxanasında 14 aylıq müalicədən sonra 65 yaşında vəfat edib. Bu barədə Adaderana portalı məlumat yayıb.

Avtomobilinin vəhşi fillə toqquşmasından sonra Entoninin xəstəxanaya yerləşdirildiyi dəqiqləşir. Hadisə 2 iyul 2022-ci ildə sənətçi Qalgamuvadakı Hattikuchchi Viharaya çəkilişindən qayıdarkən baş verib.

Adaderananın sözlərinə görə, hadisə nəticəsində aktyor və kiçik qardaşı Saman da daxil olmaqla daha iki nəfər xəsarət alıb. Aktyor reanimasiya şöbəsində 7 saatlıq əməliyyat keçirib və o vaxtdan müalicə müəssisəsindədir. Toqquşma nəticəsində heyvanın da ağır yaralana biləcəyi qeyd edilir.

Mənbə: Haber Global