“Barselona” argentinalı hücumçu Lionel Messini kluba qaytarmaq variantını nəzərdən keçirmir. Bu barədə Mundo Deportivo məlumat yayıb.
Mənbənin sözlərinə görə, “blauqrana” maliyyə feyr-pleyini pozmadan qışda Messini ala bilməyəcək. Argentinalının özü də İspaniya klubuna qayıtmaq variantını nəzərdən keçirmir.
Messi iki il Fransanın Paris Saint-Germain komandasında oynadıqdan sonra 2023-cü ilin yayında İnter Mayamiyə keçdi. O, ilk oyunda cərimə zərbəsindən qol vuraraq klubda debüt edib. Avqustun 20-də argentinalı Amerikada ilk kubokunu qazandı. “İnter Mayami” turnirin həlledici matçında “Neşvill”i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunun qalibi olub.
Mənbə: Sport.ru

