Stoltenberq NATO-da peyklərdən alınan məlumatlarla virtual şəbəkənin yaradıldığını elan edibbackend

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Alyans kəşfiyyat məqsədləri üçün mülki və hərbi peyklərin məlumatlarını birləşdirən virtual şəbəkə yaradacaq.

Bu barədə baş katib mətbuat konfransı zamanı bildirib.

Daha əvvəl məlum olmuşdu ki, Yens Stoltenberq NATO-da 2023-cü ilin sentyabrında başa çatacaq səlahiyyət müddətini uzatmaq fikrində deyil.

Stoltenberq 9 ilə yaxındır ki, baş katibdir. O, artıq üç dəfə mandatını yeniləyib.

Mənbə: Reuters

İctimai.az