Türkiyənin Hatay şəhərində zəlzələ nəticəsində evi dağılan 65 yaşlı kişi sağ qalaraq təxliyə edilsə də, baş verən yanğında ölüb.
İctimai.az Türkiə mətbuatına istinadən xəbər verir ki, zəlzələ zamanı sağ qalan kişi təxliyə edilərək Kütahyada yaşayan qızının evinə köçüb.
Bu səhər qızının evində baş verən yanğın nəticəsində həmin adam həyatını itirib.
Mənbə: Haberler.com
İctimai.az













