Stoltenberqin rəhbərliyi ilə Brüsseldə Ukrayna-NATO Şurası keçiriləcək

Noyabrın 29-da Brüsseldə Ukrayna-NATO Şurasının iclası keçiriləcək və orada Kiyevin Şimali Atlantika Alyansı ilə yaxınlaşması müzakirə olunacaq, RİA Novosti xəbər verir.

İclasa NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək. Burada Ukraynanın xarici işlər naziri Dmitri Kuleba iştirak edəcək.

Mövcud məlumata görə, NATO Kiyevə alyansa üzvlüklə bağlı fəaliyyət planını əvəz etmək üçün daha yumşaq və daha qısa illik milli proqram təklif etmək niyyətindədir.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər