Ukrayna məhkəməsi rusiyalı jurnalistə qiyabi olaraq 11 il həbs cəzası verib

Ukrayna məhkəməsi rusiyalı bloger və jurnalist Yuliya Vityazevanı (Lozanova) əmlakı müsadirə olunmaqla qiyabi olaraq 11 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə Lvov şəhər nəşri “Zapad” məlumat yayıb.

Lvovun Qalitski Rayon Məhkəməsi Vityazevanı Rusiya ilə informasiya əməkdaşlığında və Moskvanın Ukraynadakı hərəkətlərinə haqq qazandırmaqda ittiham edib. Belə ittihamların əsası jurnalistin əvvəllər Odessada yaşaması, baxmayaraq ki, hələ 2015-ci ildə Rusiya Federasiyasına köçüb və 2020-ci ildə ona Rusiya vətəndaşlığı verilib.

Qeyd olunur ki, 2023-cü ilin yanvarında Ukrayna Təhlükəsizlik Şurası Vityazevanı sanksiya siyahısına əlavə edib.

Mənbə: TASS

Oxşar xəbərlər