Stress altında qəzəbi idarə etməyin sadə bir sirri ortaya çıxdıbackend

Naqoya Universitetinin alimləri müəyyən ediblər ki, qəzəbi kağıza yazmaqla ifadə etmək və sonra kağızı məhv etmək stresli vəziyyətlərdə qəzəbi yatırmaqda təsirli olur. Tədqiqatın nəticələri Scientific Reports (SciRep) jurnalında dərc olunub.

Təcrübədə tədqiqatçılar Yaponiyadan olan könüllülərdən mühüm sosial məsələlər (məsələn, ictimai yerlərdə siqaret çəkmək) haqqında qısa esse yazmağı xahiş ediblər. Daha sonra iştirakçılara məlumat verildi ki, onların inşası Naqoya Universitetinin doktorantları tərəfindən qiymətləndiriləcək. İnşanın məzmunundan asılı olmayaraq, bütün iştirakçılara təhqiredici şərhlərlə müşayiət olunan aşağı qiymətlər verildi.

Qeyd olunur ki, subyektlərin qiymətləndirmələrin uydurma olmasından xəbərləri olmayıb. Nəticələr açıqlandıqdan sonra onlardan qəzəb və narazılıqlarını kağız üzərində yazılı şəkildə ifadə etmələri istənilib. Təcrübənin bu mərhələsi başa çatdıqdan sonra, könüllülərin birinci qrupuna yazdıqlarını zibil qutusuna atmaq və ya iş masasının üstündəki qovluqda buraxmaq tapşırılıb. İkinci qrupda kağız vərəqləri parçalayıcıdan istifadə edərək parçalanmış və ya plastik qutuya qoyulmuşdur.

Mənbə: Gazeta.ru