Omdurman şəhərinin müxtəlif rayonlarında intensiv atışma davam edir, Sudan ordusunun bir əsgəri yaralanıb.
Bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd olunur ki, çevik reaksiya qüvvələri Sudan ordusuna məxsus hərbi təyyarəyə zenit silahlarından atəş açıb və bu, yerli sakinlər arasında panikaya səbəb olub.
Agentliyin mənbələrinə görə, Sudan televiziya və radio yayımının binaları RRF-nin nəzarəti altındadır və yayımın özü də vaxtaşırı kəsilir.
İctimai.az













