“Sumqayıt” “Neftçi”yə qalib gəlibbackend

Azərbaycan Premyer Liqasının XVI turunda “Sumqayıt” “Neftçi”yə qalib gəlib.

İctimai.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

Hesabı 20-ci dəqiqədə Kamran Quliyev açıb. Fasiləyə 2 dəqiqə qalmış isə Cordan Rezabala yekun hesabı müəyyənləşdirib.

Bu qələbə sayəsində xallarının sayını 19-a çatdıran “Sumqayıt” altıncı pillədə yer alıb. “Neftçi” isə 13 xalla səkkizinci sırada qərarlaşıb.