Sumqayıtda azyaşlı bacıların ölümlərinin ilkin ehtimalı BİLİNDİbackend

Sumqayıt Tibb Mərkəzi iki azyaşlı bacının ölümü barədə açıqlama verib.

Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 16.11.2022-ci il saat 05:35-də 2018-ci il təvəllüdlü Allahverdiyeva Əsra Şahbaz qızı və bacısı 2016-cı il təvəllüdlü Allahverdiyeva Aynaz Şahbaz qızı valideynləri tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına gətirilib:

“Baxış zamanı hər iki uşaqda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib”.

Oxu.Az-ın əldə etdiyi məlumatda ilkin ehtimal kimi bacıların qidadan zəhərləndiyi bildirilib.