Yasamalda qaz xəttində sızma mavi yanacağın verilişində problem yaratdıbackend

Bakının Yasamal rayonunda qaz xəttində sızma aşkarlandığından rayonun Əhməd Cavad küçəsi 200 ünvanına qazın verilişi dayandırılıb.

Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, “Təmiz Qaz” QSC tərəfindən əraziyə gedən qaz xəttində sızma aşkar edilib.

“Dərhal əraziyə təbii qaz verilişi dayandırılıb və xəttin təmirinə başlanılıb. Artıq xəttin təmiri başa çatdırılıb və həmin ünvana qazın verilişi bərpa olunub”, – açıqlamada deyilir.