“Şuşa Azərbaycanın mədəniyyət beşiyidir” adlı layihənin yekun tədbiri keçirilibbackend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi müsabiqənin qalibi olan İnnovativ təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının tərəfdaşlığı ilə sosial media ekspert, bloger, aktivist və ictimai fəalların iştirakı ilə “Şuşa Azərbaycanın mədəniyyət beşiyidir” adlı layihənin yekun tədbiri keçirilib.
Tədbir öncə bloggerlərin ərsəyə gətirdikləri qısa videolardan hazırlanmış “Şuşa Azərbaycanın mədəniyyət beşiyidir” adlı video-çarxın nümayişi ilə başladı.
Tədbiri giriş sözü ilə açan İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri , yerli təşkilatın sədr müavini Abbas Pənahov açaraq 8-9 sentyabr Şuşaya səfər çərçivəsində, həmçinin layihə çərçivəsində görülən işlərlə əlaqədar təqdimat formasında məlumat verdi. İşğaldan azad edilmiş ərazilərimizdə dünyanın məşhur onlayn xəritə platforması olan “Google maps” üzərindən Şuşa şəhərində olan 81 yer, məhəllə, tarixi, mədəni və dini abidələrin adlarının əlavə və düzəlişlər edilməklə ümumilikdə region üzrə 199 düzəliş və əlavə edildiyini qeyd etdi. O həmçinin, layihə çərçivəsində 6-9 sentyabr tarixlərində bloggerlərin iştirakı ilə sosial şəbəkələrdə xüsusilə instagram seqmentində təşkil edilən aksiyada “#shusha“ həştəqi ilə 500 milyonda çatma potensialı ilə 37.2 milyon sosial şəbəkə istifadəçisinə çatmış və 400.000 mindən artıq bəyənmə təmin edilmişdir.
Daha sonra çıxış edən “Google Maps” üzrə ekspert Elvin Hüseynzadə dayanıqlılığı təmin etmək üçün bundan sonra “Google” xəritələr üzərindən görüləcək işlərlə bağlı məlumat verdi və “Google Maps” platformasında bundan sonra da işlərin davam etdiriləcəyini bildirdi.
Tədbir layihə iştirakçılarına sertifikatların təqdim edilməsi ilə yekunlaşdı.