Tələbələrin məşğulluğuna dəstək kampaniyası başa çatıbbackend

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbələri İctimai Birliyi tərəfindən həyata keçirilən “Tələbələrin məşğulluğuna dəstək kampaniyası” layihəsi uğurla həyata keçirilmişdir. Məqsədi gənclərin gələcəkdə əmək bazarının tələblərinə uyğun olaraq iş tapa bilməsinə dəstək göstərmək, onlara bu sahədə müəyyən bilik və bacarıqların ötürülməsini təmin etmək olan layihə çərçivəsində Mingəçevir şəhərində müxtəlif təlim və seminarlar həyata keçirilmişdir. 200-dən çox gəncin iştirak etdiyi tədbirlərdə layihə mövzusu ilə bağlı məlumatlar verilmiş, praktik məşğələlələr keçirilmişdir.
Layihə çərçivəsində verilən mesajların daha çox gəncə çatdırılması üçün bukletlər hazırlanmış və layihənin həyata keçirildiyi Mingəçevir şəhərində gənclər arasında paylanmışdır.
Layihə iştirakçıları layihənin gələcəkdə daha çox gənci əhatə etməklə həyata keçirilməsinin vacibliyini vurğulamışlar.