Şvartsenegger ürək əməliyyatından sonra ilk görüntüsünü paylaşdı – FOTObackend

Məşhur Hollivud aktyoru Arnold Şvartsenegger bir müddət əvvəl keçirdiyi ürək əməliyyatından sonra görüntüsünü paylaşıb.

Sosial şəbəkə hesabında etdiyi paylaşımda aktyor ona kardiostimulyator quraşdırıldıqdan sonra necə göründüyünü nümayiş etdirib, həmçinin planlaşdırılan çəkilişlərdə iştirakla bağlı sualı cavablandırıb.

Şvartsenegger dərc etdiyi fotoya şərhlərdə ona xoş arzularını çatdıran hər kəsə təşəkkür edib. O, həmçinin filmdə çəkilişləri ilə bağlı narahatlıq keçirən kəsə təşəkkür edib. O, həmçinin filmdə çəkilişləri ilə bağlı narahatlıq keçirən pərəstişkarlarını narahat olmamağa çağırıb. Bildirib ki, əməliyyat onun “Fubar” serialının davamı olan aprel çəkilişlərində iştirakına mane olmayacaq.

Qeyd edək ki, bir müddət əvvəl Arnold Şvartsenegger dördüncü dəfə ürək əməliyyatı keçirib və ona kardiostimulyator quraşdırılıb. “Terminator” ulduzu bildirib ki, əvvəlki əməliyyatlar nəticəsində yaranan çapıq toxuması ürək döyüntüsündə problemlərə yol açıb.