Amerikalı aktyor Robert Karradin 71 yaşında intihar edib.
Bu barədə “Rolling Stone” jurnalı aktyorun qardaşı Kitə istinadən məlumat yayıb.
Qardaşının sözlərinə görə, Robert Karradin 20 ildir bipolyar pozğunluqdan əziyyət çəkirdi.
Karradinin atasını canlandırdığı “Lizzi Makquayr” (2021) serialında rol alan Hilari Daff mərhumun ailəsinə başsağlığı verib.
“Köhnə dostunu itirəndə həqiqətlə üzləşmək çətindir. Makquayr ailəsi çox mehriban idi və mən həmişə ekrandakı valideynlərimin qayğısını hiss etmişəm. Buna görə əbədi olaraq minnətdar olacağam”, – deyə o yazıb.















