TASS: Türkiyə Rusiya Federasiyasından taxıl və gübrələrin ödənilməsi üçün Ziraat Bankından istifadəni müzakirə edirbackend

TASS Ankaradakı öz mənbəsinə istinadən xəbər verir ki, Türkiyə Rusiyadan taxıl və gübrələrin ödənilməsi üçün dövlətə məxsus Ziraat Bankından istifadəni müzakirə edir.

“Bu mövzunun müzakirəsi davam edir. Amma burada anlamaq lazımdır ki, bankımız bu əməliyyatlar zamanı sanksiyalara məruz qalmayacağına dair zəmanət almalıdır. Əgər bu məsələ həll olunarsa, taxıl sazişi çərçivəsində hər bir əməliyyat ABŞ və BMT tərəfindən təsdiqlənəcək”, – mesajda deyilir.