Tailand, xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstənin tərkibində hədə-qorxu ilə tələb etməkdə ittiham olunaraq beynəlxalq axtarışda olan Rusiya vətəndaşı Aleksandr Verbanı deportasiya edir.
RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.
İstintaqın məlumatına görə, 2013-cü ilin martında Primorsk diyarının Arsenyev şəhərindəki anbarda rus və onun əlaltıları yerli iş adamından 6 milyon rubl təhvil verməyi tələb ediblər, lakin onun belə pulu olmayıb və o, cinayətkarlara cəmi 2 milyon rubl verib. İş adamına qarşı zorakılıq və hədə-qorxudan istifadə edilib, nəticədə Verba və onun əlaltıları nəqliyyat vasitələri və iki traktor əldə ediblər.