Rusiyanın hipersəs raketi “Zirkon” ABŞ və Rusiya arasında hərbi güc balansını pozduğu üçün ABŞ Hərbi Dəniz Qüvvələri və NATO donanmaları üçün təhlükəyə çevrilib.
Amerikanın “The National Interest” jurnalı bu rus raketini belə qiymətləndirir.
“Zirkonun ilk növbədə gəmi əleyhinə raket olduğunu nəzərə alsaq, ABŞ-ın suüstü gəmiləri, xüsusən də ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə təyyarədaşıyıcıları üçün təhlükə çox qiymətləndirilə bilməz”, – nəşr qeyd edib.
Jurnalın fikrincə, bu cür silahlar dənizdəki güc balansında Rusiyanın xeyrinə potensial dəyişikliyə işarə edir, çünki NATO ölkələrinin Zirkondan müdafiəsi yoxdur.