Demokrat senator Riçard Blumental Rusiya neftinə qarşı sanksiyaların müvəqqəti olaraq ləğv edilməsi qərarını ABŞ prezidenti Donald Trampın etdiyi ən qəribə və ən axmaq səhvlərdən biri adlandırıb.
Paylaşım onun sosial media səhifəsində dərc olunub.
Blumental yazıb: “Rusiya prezidenti Vladimir Putinə 30 gün müddətinə neft sanksiyalarının ləğvi şəklində böyük bonus vermək Trampın etdiyi ən qəribə və ən axmaq səhvlərdən biri idi.”
Onun sözlərinə görə, ABŞ prezidenti guya rusiyalı həmkarını guya “İrana dəyərli kəşfiyyat məlumatları verməklə qoşunlarımıza qarşı daha dəqiq zərbələr endirdiyinə” görə “mükafatlandırıb”.















