Tayvanın milli təhlükəsizlik orqanları Livanda minlərlə “Hizbullah” üzvünün peycerinin bombalanması ilə bağlı araşdırma aparır.
Tayvan Beynəlxalq Radiosu xəbər verir ki, bu barədə adanın müdafiə naziri Qu Lixiong jurnalistlərə bildirib.
Materialda qeyd olunur ki, bəzi KİV-lərin məlumatına görə, peycerlər Hizbullah tərəfindən Tayvanın Gold Apollo şirkətindən sifariş edilib. Xarici jurnalist brifinqdə Tayvanın Milli Müdafiə Nazirliyinin bundan xəbəri olub-olmadığını və İsraillə hər hansı kəşfiyyat məlumatı mübadiləsi müqaviləsinin olub-olmadığını soruşub.
“Qu Lixiong izah etdi ki, müvafiq milli təhlükəsizlik bölmələri müvafiq insidentləri araşdırır və onlara diqqət yetirir, lakin Milli Müdafiə Nazirliyinin bu məsələ ilə heç bir əlaqəsi yoxdur” dedi radio.