Təhlükəsizliyimiz və suverenliyimiz – Daim dövlətin və xalqın keşiyində olan Azərbaycan polisibackend

Düz 103 il əvvəl yaradılan Azərbaycan Polisinin bu gün peşə bayramıdır.

Hər zaman əsayişimizi qoruyan Azərbaycan polisi bu gün 103 yaşını qeyd edir. Polislərin peşə bayramını, polis gününü məs Ümummilli lider Heydər Əliyev 1998-ci ilin 2 iyununda imzaladığı fərmanla elan olunub.

Ötən qısa müddətə nəzərə salsaq respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər dünya ölkələri ilə müqayisədə qat-qat azdır. Bu gün Azərbaycan Polisi ən çətin missiyaların öhdəsindən layiqincə gələrək öz adının haqqını verməkdədir. Buna misal olaraq 44 günlük müharibə dövrünü və dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizəni göstərmək olar. Onlar hər iki dövrdə ölkməmizin təhlükəsizliyini yüksək səviyyədə təmin etdilər.

Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində də Daxili İşlər Orqanlarının əməkdaşları döyüşə yollanaraq torpaqlarımızın azadlığı uğrunda şücaət göstərdilər. Bu gün polis sıralarından da Şəhid olanlar var. Polis orqanlarına ünvanlanan yazılı məktublar və 102 xidmətinə edilən vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılması Azərbaycan Polisinin inkişafından xəbər verir.

Düşünürəm ki, biz gənclərin də üzərimizə düşən vəzifələr var. Biz də polislərə lazımi köməklik göstərib, onların işinin asandlaşdırılmasına töhvə verməliyik. Gənc fəal olaraq polislərimizi peşə bayramı münasibəti ilə təbrik edir, bu çətin işlərində onlara uğurlar arzu edirəm.

Fuad Heydər

YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini