Tələbələr üçün bilik olimpiadası keçirilibbackend

“Bakı 2019” tələbələrin bilik olimpiadasının keçirilməsi adlı layihə reallaşıb

İctimai.az xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bakı 2019” tələbələrin bilik olimpiadasının keçirilməsi adlı layihə çərçivəsində bir sıra tədbirlər keçirib.

ATGTİ-nin mətbuat xidmətindən verilən məlumata görə İngilis dili, Tarix, Coğrafiya, Fizika, Tibbi biliklər, Psixologiya, Ədəbiyyat üzrə keçirilən olimpiadaların hər birində 100 tələbə iştirak edib. Hər bir istiqamət üzrə olimpiadalar keçirildikdən sonra fərqlənən tələbələrə sertifikatlar, 1, 2 və 3-cü yerin sahiblərinə isə diplom və hədiyyələr təqdim olunub. Bağlanış tədbirində çıxış edən ATGTİ sədri Faiq Məmmədov bildirmişdir ki, ATGTİ bu kimi tədbirlər keçirməklə tələbə gəncləri maarifləndirməyə və onların elm və təhsilə marağının artırılmasına şərait yaradır.