Son dövrlərdə yerli televiziya məkanında baş verən neqativ hallar, efir etikasına zidd ifadələr, zövqləri korlayan musiqi seçimləri və cəmiyyətdə birmənalı qarşılanmayan müzakirələr aidiyyəti qurumların ciddi müdaxiləsi ilə nəticələnib.
İctimai.az xəbər verir ki, müvafiq yayım qurumlarının qərarları ilə efir intizamını pozan bir neçə tanınmış aparıcıya qarşı sanksiyalar tətbiq edilib.
Həmin aparıcıların siyahısı açıqlanıb.
Zaur Nəbioğlu (ATV). Aparıcıya efir intizamını pozduğu üçün şiddətli töhmət verilib. Bildirilir ki, bundan sonra verilişə dəvət olunan qonaqların seçimi daha ciddi nəzarət altında aparılacaq.
Elgiz Əkbər (ARB). Aparıcının təqdimatında yayımlanan “Elgizlə izlə” proqramı, canlı yayım formatında olduğu üçün fəaliyyətini dayandırıb.
Tarix Əliyev (Tolik / Speys TV). Bu həftədən etibarən aparıcının canlı efirə çıxmasına qadağa qoyulub. Əvvəlcədən çəkilmiş verilişlər həftə sonuna qədər nümayiş olunacaq və Tolik cümə günü tamaşaçılarla vidalaşacaq.
Nərgiz Vəlizadə














