Tərtərdə oğlunu ürəyindən bıçaqlayan anaya hökm oxundubackend

Gəncə Ağır Cinayətlər Məhkəməsində oğlunu bıçaqlamaqda təqsirləndirilən Xanım İmanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İctimai.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.İmanova 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək ona 2 il sınaq müddəti olmaqla şərti cəza təyin edib.

İttihama görə, hadisə 2023-cü il sentyabrın 15-də Tərtər rayonunda baş verib. Tərtər şəhəri H.Əliyev prospektində yaşayan 1965-ci il təvəllüdlü Xanım İmanova yaşadıqları evdə oğlu, 32 yaşlı Nahid İmanlını bıçaqlayıb.

Ailədaxili münasibətlərin pozulması nəticəsində baş verən hadisədə sol döş qəfəsinin aşağı arxa hissəsinin kəsilmiş-deşilmiş xəsarətləri alan N.İmanlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanıb.