Tesla Model Y sürücüsüz taksisi ilk dəfə olaraq fabrikdən birbaşa müştərinin yanına getdi.
Bu barədə amerikalı sahibkar İlon Mask X sosial şəbəkəsində məlumat verib.
“Tesla Model Y-nin fabrikdən avtomobil yolları da daxil olmaqla, şəhər boyu müştərinin evinə ilk tam avtonom çatdırılması qrafikdən bir gün əvvəl tamamlandı!” – iş adamı yazıb.
Mask şirkətin komandasını uğurlarına görə təbrik edib, həmçinin layihənin uğurla həyata keçirilməsinə görə proqram təminatı və süni intellekt çipinin tərtibatçılarına təşəkkür edib.