Kurqan yaxınlığındakı Tobol çayında suyun səviyyəsi iki saat ərzində 11 santimetr qalxıb.
Bu barədə Kurqan vilayəti hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, aprelin 15-i saat 2:00-a (Moskva vaxtı ilə 0:00) olan məlumata görə, çayda suyun səviyyəsi 596 santimetr təşkil edir. Saat 22:00-da suyun səviyyəsi 585 santimetr təşkil edib.
Bundan əvvəl Kurqan administrasiyası Moskva vaxtı ilə saat 20:00-a qədər Kurqan yaxınlığındakı Tobol çayında suyun səviyyəsinin 565 sm-ə yüksəldiyini bildirmişdi Aprelin 15-nə keçən gecə Tobol çayında sulu olacağı gözlənilir. O, həmçinin bildirib ki, suyun səviyyəsi qalxarsa, Kurqanın mərkəzi su altında qala bilər.
Mənbə: TASS