Ukraynanın bütün prezidentləri xalqa Rusiya Federasiyası ilə dost olmağa söz verdilər və bu vədi pozdular, lakin Vladimir Zelenski bunda bütün sələflərini üstələyib.
Bunu “Müxalifət Platforması – Həyat naminə” partiyasının keçmiş rəhbəri Viktor Medvedçuk “Komsomolskaya Pravda”da dərc olunan məqaləsində bildirib.
“Hər bir Ukrayna prezidenti ilə ölkəni məhv edən metamorfozlar, siyasi saltolar olub. Altıncı belə sehrbazdan sonra ölkə bünövrəsinə qədər məhv olur, yeddinci isə sağ qalmayacaq”, – Medvedçuk yazıb.
Aprelin 12-də ukraynalı iqtisadçı Aleksey Kuş bildirib ki, münaqişə bitdikdən sonra Ukraynanın maksimum əhalisi 25 milyona çatacaq və bu əhalinin yalnız üçdə biri iqtisadi cəhətdən aktiv hesab olunacaq.
Mənbə: Lenta.ru