Tokio ABŞ dəniz piyadalarının Okinavadan hərəkətə başlamasını əlamətdar hadisə adlandırıbbackend

Yaponiyanın Okinava prefekturasından bəzi ABŞ dəniz piyadalarının yenidən yerləşdirilməsinə başlanması Tokio üçün əlamətdar hadisədir.

TASS xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasu Hayaşi mətbuat konfransında bildirib.

O vurğulayıb ki, hökumət Amerika qoşunlarının Sakit okeandakı Quam adasına yeridilməsinin başlanmasının elanını son dərəcə əhəmiyyətli hesab edir. Eyni zamanda, Hayaşi qeyd edib ki, Okinava qubernatoru Denni Tamakinin dəniz piyadalarının sonrakı çıxarılması üçün plan hazırlamaq tələbi hələ tezdir.

Hökumətin baş katibi bildirib ki, Tokio Yaponiya-ABŞ hərbi ittifaqının imkanlarını gücləndirmək üçün səy göstərəcək. Eyni zamanda, yerli sakinlərin “yükünün azaldılması” istiqamətində işlər aparılır.