“Tottenhem”in futbolçusu PSJ-də Messini əvəz edə bilərbackend

Le10sport.com xəbər verir ki, “Tottenhem Hotspur”un hücumçusu Harri Keyn Fransa PSJ-nin yeni oyunçusu ola bilər.

Qeyd olunur ki, parislilər Keyn üçün 100 milyon avro ödəməyə hazırdırlar.İndi PSJ argentinalı Lionel Messinin yayda komandanı tərk edə biləcəyinə görə fəal şəkildə hücumçu axtarışındadır.

Keyn bu mövsüm 46 oyuna çıxıb, 28 qol vurub.

2021-ci ilin avqustunda argentinalı Barselona üçün İspaniya çempionatında uzun illər oynadıqdan sonra PSJ-yə keçdi. Hücumçunun Liqa 1 klubu ilə müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir.