Tramp Baydenlə iki saatlıq debat keçirmək niyyətində olduğunu açıqlayıbbackend

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenlə qarşıdakı debatının iki saat davam etməsini istəyib. TASS bu barədə Trampın radioaparıcı Hyu Hevittə müsahibəsinə istinadən məlumat yayıb.

Sabiq prezident qeyd edib ki, debat iştirakçıları eksklüziv olaraq ayaq üstə durmalıdırlar. Tramp Baydenlə debatının iki saat davam etməsini ideal hesab edib.

Bundan əvvəl Trampın Baydenə tamaşaçıların iştirakı ilə seçkiqabağı debat keçirməyi təklif etdiyi bildirilirdi.

Mənbə: TASS