Gürcüstan ABŞ-ın sanksiyalarından qorxmadığını bildiribbackend

Hakim “Gürcü Arzusu” partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze deyib ki, Gürcüstan hakimiyyəti Amerikanın mümkün sanksiyalarından qorxmur. Bu barədə RİA Novosti yazır.

Bir müddət əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen xarici agentlər haqqında qəbul edilmiş qanun beynəlxalq standartlara cavab vermədiyi təqdirdə Gürcüstan rəhbərliyinə qarşı şəxsi sanksiyaların tətbiq edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edib.

Kaladze partiyasından heç kimin bu tədbirlərdən qorxmadığını vurğulayaraq, şantaj və təhdidlərin strateji tərəfdaşlıq ideyası ilə bir araya sığmadığını qeyd edib. O, həmçinin Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların mümkün əsaslarından çaşdığını bildirib.

Mənbə: RİA Novosti