Ukrayna silahlı qüvvələri Belqorod vilayətinin Şebekino şəhərini atəşə tutub. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.
Atışma nəticəsində iki mülki şəxs yaralanıb: biri əlindən qəlpə yarası ilə, digəri isə kürəyindən qəlpə yarası alıb. Onlar təcili yardım briqadaları tərəfindən Belqoroddakı tibb müəssisələrinə aparılıb.
Atışma, həmçinin şəxsi mülkiyyətdə olan qarajın və avtomobilin alışmasına səbəb olub. Yanğınsöndürənlər qısa müddətdə yanğınları söndürməyə başlayıb.
Mənbə: TASS