Tramp deyib ki, Baydenin dövründə ABŞ Çinin kuklasına çevrilibbackend

ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyasının yürütdüyü siyasətlər ucbatından ABŞ Çinin marionetkasına çevrilib. TASS xəbər verir ki, bu fikri ölkənin eks-prezidenti Donald Tramp deyib.

Tramp Baydeni “ABŞ tarixinin ən pis prezidenti” adlandırıb və deyib ki, “Rusiya və bütün digər ölkələr bizə nə istəsələr, edə bilərlər”. Eks-prezident ayrıca Çinlə münasibətlərə diqqət çəkərək “biz [ABŞ] Çinin kuklasıyıq” deyib.

Martın 17-də Trump, Baydenin ABŞ-a “görünməmiş zərər” vura biləcəyini proqnozlaşdırdı.

Mənbə: TASS