Aİ Rusiyanın aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə mexanizmi hazırlayıbbackend

Avropa İttifaqı (Aİ) Ukraynaya iyul ayında Qərbdə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri göndərməyə icazə verən qanun layihəsi hazırlayıb. Bu barədə Bloomberg sənədə istinadən xəbər verir.

Bütün Aİ ölkələrinin dəstəyini tələb edən təkliflər dondurulmuş ehtiyatlardan əldə edilən gözlənilməz mənfəətə vergi tətbiq edəcək və əldə edilən vəsaiti – təxminən 3 milyard avronu – Ukraynaya silah tədarükünü maliyyələşdirmək və “ölkənin müdafiə sənayesini stimullaşdırmaq” üçün istifadə edəcək.

Sənədə əsasən, fevralın 15-dən əldə edilən gəlirin bir hissəsi Rusiyadan sanksiyalar götürülənə qədər ildə iki dəfə Avropa Sülh Fonduna, eləcə də Ukraynaya Dəstək Fonduna (Ukrayna Facility) köçürüləcək.

Mənbə: Bloomberg