ABŞ-ın keçmiş prezidenti Donald Tramp yüngül çəkidə Ultimate Döyüş Çempionatının (UFC) keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədovla Ukraynadakı münaqişənin həllini müzakirə etdiyini bildirib. O, bu barədə Impaulsive YouTube kanalına müsahibəsində danışıb.
Ağ Evin keçmiş rəhbərinin sözlərinə görə, Nurməhəmmədov onların qısa söhbəti zamanı bildirib ki, bu münaqişəyə son qoyulmalıdır. Siyasətçi hesab edir ki, bunu ABŞ-da keçirilən prezident seçkilərindən dərhal sonra edə bilər.
O, həmçinin bildirib ki, Nurməhəmmədov əla və ağıllı insandır. Tramp onu “sevimlilərindən biri” adlandırıb.
Mənbə: CNN Türk