Tramp İndiana ştatında Respublikaçıların praymerizinə başçılıq edirbackend

ABŞ-ın keçmiş prezidenti Donald Tramp İndiana ştatında Respublikaçılar Partiyasının praymerizinə rəhbərlik edir.

Seçki bülletenlərinin 75%-i işləndikdən sonra Tramp 78,3% səs toplayıb. Onun əsas rəqibləri olan ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli, Florida qubernatoru Ron DeSantis və iş adamı Vivek Ramasvami daha əvvəl seçki yarışını tərk etdiklərini açıqlamışdılar.

Bundan əvvəl Tramp bildirib ki, hazırkı dövlət başçısı Co Bayden səriştəsizliyinə görə Rusiya, Çin və Şimali Koreya liderləri ilə əlaqə saxlaya bilməyəcək.

Mənbə: CNN Türk