Ukrayna regionunda kritik infrastruktur obyektlərinə ziyan dəyibbackend

Ukraynanın Vinnitsa vilayətində infrastruktur obyektlərində dağıntılar qeydə alınıb.

Bu barədə vilayət administrasiyasının rəhbəri Sergey Borzov məlumat verib.

Onun sözlərinə görə, dağıntılar, o cümlədən mühüm infrastruktur obyektlərində qeydə alınıb.

Bundan əvvəl Kiyevin nəzarətində olan Zaporojye şəhərində mühüm infrastruktur obyektlərinin zədələndiyi məlum olub. Ukraynanın “Həftənin güzgüsü” nəşri yazıb ki, Zaporojyedə baş verən partlayışlardan sonra elektrik enerjisi və su təchizatında fasilələr qeydə alınıb.

Mayın 8-nə keçən gecə Ukraynanın hər yerində hava hücumu zamanı Kiyevdə partlayışlar baş verib.

Mənbə: TASS