Respublikaçıların prezidentliyə namizədi Donald Tramp deyib ki, İran guya onun həyatını təhdid edir. Müvafiq nəşr siyasətçinin Truth sosial şəbəkəsindəki səhifəsində yer alıb.
“İran mənim həyatımı ciddi şəkildə təhdid edir. ABŞ ordusu izləyir və gözləyir. İran artıq addımlar atıb və uğursuzluğa düçar olub, lakin yenidən cəhd edəcək”, – Tramp yazıb.
O, “əvvəlkilərdən daha çox insan və silahla əhatə olunduğunu” qeyd edib. Respublikaçı həmçinin ABŞ Konqresinə onun müdafiəsi üçün Məxfi Xidmətə əlavə vəsait ayırdığına görə minnətdarlığını bildirib.
Mənbə: A haber