ABŞ prezidenti Donald Tramp ABC-yə verdiyi müsahibədə bildirib ki, ABŞ-ın NATO müttəfiqlərinə İrana qarşı hərbi əməliyyatda iştirak etmək təklifi Şimali Atlantika Alyansının sınağıdır.
Amerika liderinin sözlərini ABC jurnalisti Reyçel Skott sitat gətirib.
Tramp açıqlamasında bildirib ki, “Mən bunu sınaq üçün etdim. Mənə bu lazım deyil, bu doğrudur”.
ABŞ liderinin sözlərinə görə, NATO heç nə təklif etməyən kağız pələngdir.














