Tramp Şimali Dakotada Heylini məğlub edibbackend

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Şimali Dakotada keçirilən partiya kokusunda rəqibi, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heylini məğlub edib.

Agentliyin məlumatına görə, Şimali Dakota ştatında Tramp 1632 səs (84,6%), Heyli isə 273 səs (14,2%) toplayıb.

Şimali Dakota ştatında Respublikaçıların kokusları 15 ştatda praymerizlərin keçiriləcəyi Super Çərşənbə axşamından əvvəlki son tədbirdir. Kokusların qalibi partiyanın prezidentliyə namizədini elan edəcək Respublikaçıların Milli Qurultayında 29 nümayəndənin dəstəyini alacaq.

Bundan əvvəl ABŞ Ali Məhkəməsi qərar vermişdi ki, ayrı-ayrı ştatların hakimiyyəti Trampı federal seçkilərdə praymerizdə iştirakdan kənarlaşdırmaq hüququna malik deyil.

Mənbə: CNN türk