ABŞ prezidenti Donald Trampın reytinqi yanvarın 20-də inauqurasiya mərasimindən sonra ilk dəfə olaraq 43%-ə qədər rekord həddə düşüb.
Sorğu Reuters və Ipsos tərəfindən aparılıb.
Trampın inauqurasiyasından sonra yanvarda onun reytinqi 47% təşkil edib.
Son sorğunun nəticələrinə görə, respondentlər Ağ Ev rəhbərinin ABŞ iqtisadiyyatının idarə edilməsində, eləcə də yaşayış minimumuna qarşı mübarizədə fəaliyyətini mənfi qiymətləndiriblər.
Respondentlərin 52%-i hesab edir ki, Trampın xarici avtomobillərə və onların ehtiyat hissələrinə tariflər tətbiq etməsi onların yaxınlarına ziyan vuracaq.