NASA 2024 YR4 asteroidinin Ayla toqquşma ehtimalını artırıbbackend

Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) yeni kəşf edilmiş və Yer üçün təhlükə yaradan 2024 YR4 asteroidinin 2032-ci ildə Ay ilə toqquşması ehtimalını 3,8%-ə yüksəldib.

Bu barədə agentliyin saytında məlumat verilib.

NASA əməkdaşları James Webb teleskopundan istifadə edərək diametri təxminən 53-67 metr olan asteroidin ölçülərini dəqiqləşdirə biliblər.

Bundan əvvəl Avropa Kosmik Agentliyi (ESA) 2032-ci ildə Yer ilə 2024 YR4 asteroidinin toqquşma ehtimalının 0,001%-ə qədər azaldığını bildirmişdi.

2024 YR4 asteroidi 2024-cü ilin dekabrında kəşf edilib. Onun ölçüləri 40-90 metr qiymətləndirilir ki, bu da onu yıxılacağı təqdirdə bütöv bir şəhəri məhv edəcək qədər böyük edir.