Trampın Ukrayna şərhindən sonra NATO ritorikasını dəyişdibackend

ABŞ prezidenti Donald Tramp və Ağ Ev nümayəndələrinin Ukrayna ilə bağlı bəyanatlarından sonra NATO-nun mətbuat xidməti bəyanatlarının ritorikasını dəyişərək, ənənəvi olaraq istifadə olunan “Rusiyanın Ukraynaya təcavüzü”nü “Ukrayna münaqişəsi” ilə əvəz edib.

Bu barədə RİA Novosti yazır.

NATO-nun baş katibi Mark Rutte ilə Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq arasında keçirilən görüşdən sonra NATO-nun mətbuat xidməti mətbuata açıqlamasında “Ukrayna münaqişəsi” neytral ifadəsini işlədib.