Türkiyə Akkuyu atom elektrik stansiyası layihəsinin həyata keçirilməsinin Almaniya tərəfindən ləngidildiyini bildiribbackend

Türkiyənin energetika naziri Alparslan Bayraktar Almaniyanın “Siemens” şirkətinin ölkədə tikintisi davam edən “Akkuyu” atom elektrik stansiyası üçün avadanlıqların tədarükünü gecikdirməsi üçün hüquqi əsas görmür.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə CNN Türk telekanalında bildirib.

O bildirib ki, avadanlıq üçün sifariş 2020-ci ilə qədər – Ukrayna münaqişəsi və anti-Rusiya sanksiyalarının tətbiqinə qədər verilib və ödənilib. Nazir qeyd edib ki, Rusiyanın Rosatom korporasiyası Almaniyadan avadanlıq sifariş edib.

“Akkuyu layihəsinin həyata keçirilməsinə pullu avadanlıqların Türkiyəyə gəlməməsi mane olur. Bunun heç bir hüquqi əsası yoxdur” deyən Bayraktar nüvə stansiyası üçün avadanlıqların anbarlarda olduğunu və göndərilməyə hazır olduğunu vurğulayıb.