Türkiyə İsveç konsulluğuna hücum edən şəxsin ruhi xəstə olduğunu bildirib

Türkiyənin qərbindəki İsveç konsulluğuna hücum edən şəxsin əqli cəhətdən balanssız olduğu üzə çıxıb. Bu barədə Mynet xəbər portalı İzmir əyalətinin qubernatorluğuna istinadən xəbər verir.

“Psixi balansı olmayan şəxsin silahlı basqını nəticəsində vətəndaşımız yaralanıb və müalicə olunmaq üçün Təpəçik xəstəxanasına yerləşdirilib. Hücum edən şəxs cinayət silahı ilə saxlanılıb, araşdırmalara başlanılıb”, – deyə məlumatda bildirilir.

Avqustun 1-də Türkiyənin qərbində İzmirdə naməlum şəxsin İsveç konsulluğuna hücum etdiyi, nəticədə diplomatik missiyanın bir əməkdaşının ağır yaralandığı məlum olub. Hücum edən şəxsin Suriya vətəndaşı olduğu və onun hücumu viza almaqda yaranan problemlərə görə törətdiyi qeyd edilib.

Mənbə: TASS

Oxşar xəbərlər