Türkiyə Rusiya ilə ortaq qaz ticarəti mərkəzinin yaradıldığını elan edibbackend

Türkiyənin “Bota” şirkəti ilə Rusiyanın “Qazprom” şirkəti arasında birgə layihə çərçivəsində 2025-ci ildə İstanbulda qaz ticarət mərkəzi yaradılacaq.

Bu barədə Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar “Milliyet” qəzetinə məlumat verib.

“Botaş-Qazprom ortaqlığında biz 2025-ci ildə İstanbul Maliyyə Mərkəzində ticarət platformasını işlədəcək güclü bir infrastruktur yaratdıq” deyən Bayraktar, razılaşmanın tərəflərinə anlaşma memorandumu göndərildiyini qeyd etdi.

Nazir əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bu istiqamətdə “Qazprom”a göstəriş verəcəyini təsdiqləyib.