Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Çinin xarici işlər naziri Vanq Yi Ukrayna böhranı və Qara Dəniz Taxıl Təşəbbüsünün dayandırılması ilə bağlı vəziyyətin danışıqlar masasında həll edilməsi ilə bağlı razılığa gəliblər. TASS xəbər verir ki, bu barədə jurnalistlərə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.
Diplomatın sözlərinə görə, iyulun 26-da Ankarada tərəflər ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Mao Ninq aydınlaşdırıb ki, hər iki tərəf Ukraynadakı böhranın və taxıl sazişinin perspektivlərinin danışıqlar yolu ilə tənzimlənməsi ilə bağlı razılığa gəlib.
Mənbə: Gazeta.ru

