Ukraynalı qılıncoynadan Olqa Xarlan bu günlərdə İtaliyanın Milan şəhərində keçirilən 2023-cü il dünya çempionatının 1/32 final mərhələsində Rusiya təmsilçisi Anna Smirnovanı məğlub edib.
Görüş 15-7 hesabı ilə başa çatıb və bu, ukraynalıya qadınların tək qılıncla 1/16 finala yüksəlməsinə imkan verib.
Döyüşdən əvvəl rəqiblər qılınc toxunuşu ilə bir-birlərini salamlayıblar. Məğlubiyyətdən sonra Smirnova ukraynalı rəqibini əl sıxmağa dəvət etdi, lakin Harlan cavab olaraq qılıncını rus qadına tərəf uzatdı və əl sıxmağa razı olmadı.
Mənbə: TASS